Neymarın ABŞ klubuna keçmir? – Planı açıqlandı
“Əl-Hilal”ın hücumçusu Neymar ABŞ klublarının birindən təklif almasına baxmayaraq, tələsmir.
Aut.az xəbər verir ki, o, MLS-dən bir komandaya keçməyin tez olduğunu hesab edir. Bu barədə X sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalı futbolçu 2026-cı ildə Şimali Amerikada keçiriləcək dünya çempionatından sonra ABŞ-a keçidlə bağlı müzakirələrə qayıda bilər. Eyni zamanda, Neymarın bu qış “Əl-Hilal”ı tərk edə biləcəyi də istisna edilmir.
Qeyd edək ki, hücumçunun ABŞ-nin “Çikaqo Fayr” klubu ilə danışıqlar apardığı bildirilir.
Aut.az
