Bitdi: futbola qayıda bilməyəcək, 20 kq arıqlayıb
Atın zərbəsindən sonra komaya düşən PSJ-nin qapıçısı Serxio Rikonun bir daha meydana qayıtmamaq riski var.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçu yaxın iki həftə ərzində xəstəxanadan çıxa bilər, lakin o, 20 kq-dan çox arıqlayıb. Hər həftə qapıçı əzələ kütləsinin təxminən 30%-ni itirib.
Çox güman ki, Riko daha peşəkar futbola qayıda bilməyəcək. Qeyd edək ki, beyin qanaması keçirən futbolçu uzun müddət süni komada saxlanılmışdı.
Aut.az
