“Qarabağ”ın rəqibi baş məşqçini qovdu
“Ayaks” baş məşqçisi Conni Heytinqanı istefaya göndərib. 41 yaşlı məşqçi may ayında 2027-ci ilə qədər müqavilə imzalamışdı.
Aut.az xəbər verir ki, Heytinqa ilə birlikdə onun köməkçisi Marsel Kayzer də klubu tərk edib.
“Ayaks” artıq yeni baş məşqçi axtarışlarına başlayıb və Fred Qrim hələlik müvəqqəti məşqçi kimi fəaliyyət göstərəcək.
Heytinqanın rəhbərliyi altında “Ayaks” Çempionlar Liqasında keçirdiyi dörd matçın hamısında məğlub olub – “İnter” (0:2), Marsel (0:4), “Çelsi” (1:5) və “Qalatasaray” (0:3). Klub hazırda 11 turdan sonra 20 xalla Erediviziyada dördüncü pillədə qərarlaşıb.
“Ayaks” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
