Dünya futboluİspaniya

“Real”da bunu onun əlindən almışdılar – Endrikin atası

“Lion”da icarə əsasında çıxış edən “Real Madrid”in hücumçusu Hendrikin atası Duqlas Souza oğlunun Braziliya millisi ilə Dünya Kubokuna getmək şanslarını qiymətləndirib.

Aut.az xəbər verir ki, futbolçunun atası “ESPN Brasil”də bildirib:

“Endrik inanır ki, qarşıdakı matçlarda yaxşı çıxış edərsə, Dünya Çempionatına gedə bilər.

Endrikin bir deyimi var: onun əyləncə parkı futbol meydançasıdır. Madriddə isə həmin əyləncə parkı müəyyən mənada ondan alınıb. O, sadəcə futbol oynamaq istəyir.

Gəlinim Endrikin “Lion”a transferində əsas rol oynayıb və o, xoşbəxtdir. Hamımız xoşbəxtik – ən vacib şey budur”.

Liqa 1 mövsümündə Endrik 12 matçda 4 qol vurub və 6məhsuldar ötürmə edib.

Aut.az