İrqçilikdə ittiham olunan futbolçu danışdı: Təəssüflənirəm
“Benfika”nın futbolçusu Canluka Prestianni Çempionlar Liqasında “Real Madrid”lə oyunda yaşanan qalmaqala münasibət bildirib.
Aut.az xəbər verir ki, Vinisius Junior onu irqçilikdə ittiham edib.
O, reaksiyasını “İnstaqram” səhifəsində paylaşıb.
Hadisə braziliyalı qol vurduqdan sonra baş verib. Emosional sevinc sözlü mübahisəyə səbəb olub və iddialara görə, Canluka “Real”ın ulduzunu “meymun” adlandırıb.
“Aydınlaşdırmaq istəyirəm ki, Vinisius Juniora qarşı heç vaxt irqçi təhqir etməmişəm, təəssüf ki, o, hər şeyi səhv başa düşüb. Mən heç vaxt heç kimə qarşı irqçi olmamışam və “Real Madrid” oyunçularından aldığım təhdidlərə görə təəssüflənirəm”, – deyə Prestianni yazıb.
Qeyd etmək lazımdır ki, Kilian Mbappé isə “Benfika”nın argentinalı cinah oyunçusunun artıq Çempionlar Liqasında oynamağa layiq olmadığını bildirib.
Aut.az
