İspaniya

Yamalın atası onu görün kimlə müqayisə etdi – FOTO

“Barselona”nın vingeri Lamin Yamalın atası Munir Nasraui sosial şəbəkələrdə oğluna həsr olunmuş paylaşım edib.

Aut.az xəbər verir ki, o, övladını İspaniya klubunun və Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona ilə müqayisə edib.

“Sadəcə qürurlu bir atayam. Hər şey üçün yaxınlarıma təşəkkür edirəm”, – deyə Munir Nasraui yazıb.

Qeyd edək ki, Yamal La Liqanın 23-cü turunda “Malyorka” ilə oyunda (3:0) qol vurub.

Yamalın 18 yaşı var. O, 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Gənc futbolçu bu mövsüm klub səviyyəsində 30 matça çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” portalı Yamalın bazar dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

Aut.az

Yamalın atası onu görün kimlə müqayisə etdi - FOTO