“Qarabağ”ın “Nyukasl”la səfər oyununa azərbaycanlı azarkeşlər üçün biletlər satışa çıxır
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı İngiltərədə keçirəcəyi cavab oyununa azərbaycanlı azarkeşlər üçün biletlər bu gün satışa çıxarılacaq.
Aut.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, azarkeşlər saat 15:00-dan etibarən iTicket.az saytından biletləri əldə edə bilərlər.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab görüşü isə 24-də Nyukaslda keçiriləcək.
