İspaniya

“Barselona”nın yeni kapitanı müəyyənləşdi: Bu gün siftə edəcək

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen 2024/25 mövsümündə komandanın kapitanı olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Robertonun gedişi ilə əlaqədar sarğı alman qapıçıya keçəcək. Bu gün Ter Ştegen yeni statusla Joan Qamper Kubokunda – “Monako” ilə görüşdə komandanı meydana çıxaracaq.

Qeyd olunur ki, istənilən dəyişiklik yalnız komanda daxilində seçki keçirməklə mümkündür.

Frenkie de Yong və Ronald Araujo-nun vitse-kapitan olaraq qalacağı bildirilir. Onlara hələ adı bəlli olmayan daha bir futbolçu qoşulacaq. Əsas namizədlər Robert Levandovski və Pedridir.

Qeyd edək ki, “Barselona” – “Monako” matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Aut.az