Dünya çempionunundan uğursuz debüt: Özü də sıradan çıxdı, komandası da
“Komo” klubunun mərkəz müdafiəçisi Rafael Varan komandasının heyətində ilk oyununda zədələnib.
Aut.az xəbər verir ki, 31 yaşlı fransalı futbolçu İtaliya kubokunun 1/32 final mərhələsinin “Sampdoriya” ilə görüşündə zədələnib. O, 23-cü dəqiqədə sıradan çıxıb və meydanı tərk etmək məcburiyyətində qalıb.
DÇ-2018-in qalibi olan Varan “Mançester Yunayted”dən ayrıldıqdan sonra bu yay azad agent kimi “Komoya” keçib.
Qeyd edək ki, sözügedəmn görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Sampdoriya” penaltilər seriyasında qalib – 3:4. Bununla “Komo” üçün İtaliya kuboku uğrunda mübarizə erkən başa çatıb.
Aut.az
