“Yuve”dən Kənanla bağlı vacib açıqlama: Sakit olun!
“Yuventus”un futbol əməliyyatları üzrə direktoru Corco Kellini bildirib ki, klub 20 yaşlı hücumameyilli yarımmüdafiəçi Kənan Yıldız üçün yeni müqavilə üzərində işləyirlər.
Aut.az xəbər verir ki, jurnalist və insayder Fabritsio Romano “X” sosial media hesabında Kellinidən sitat gətirib:
“Kənan Yıldız üçün yeni müqavilə üzərində işləyirik, ona görə də sakit olun. Bütün tərəflərin niyyəti eynidir: birlikdə davam etməyi planlaşdırırıq”.
Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki məlumatlarda futbolçu ilə “Çelsi”, “Arsenal” və “Real”ın maraqlandığı bildirilirdi.
Yıldız bu mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
