Ona görə 170 milyon ayırıblar
“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Todofichajes”in məlumatına görə , “Çelsi” 24 yaşlı nigeriyalı hücumçunun transferi üçün yenidən fəaliyyətə başlayıb. London klubu yeni mərkəz hücumçusu axtarır. Komanda rəhbərliyi Osimheni ideal namizəd hesab edir. Qeyd olunur ki, “Çelsi” futbolçu üçün təxminən 170 milyon avro ödəməyə hazırdır.
Daha əvvəl Neapol klubunun sosial şəbəkələrində hücumçu ilə bağlı yumoristik videonun yayılmasına görə Osimhen və “Napoli” arasında münaqişə yaranıb. Forvardın agenti sosial şəbəkələrdə yayımlanan videoya görə məhkəməyə müraciət edə biləcəyini deyib.
Bu mövsüm Osimhen “Napoli”nin heyətində bütün turnirlərdə 7 oyun keçirib və bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Aut.az
