İngiltərə

Qvardiola “Siti”yə şübhə edir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”lə İngiltərə Superkuboku matçında qalib gəldikdən (1:1, 7:6 penaltilər) sonra komandasının yeni mövsümə hazırlığına şübhə ilə yanaşdığını bildirib.

“Mövsümə hazır olub-olmadığımıza cavab verə bilmərəm.

Bu gün məğlub ola bilərdik, komanda matçın bitməsinə bir neçə dəqiqə qalmış məğlubiyyətə yaxın idi, ona görə də gözləmək lazımdır. Bu gün bəyəndiyim çox şey gördüm. İlk 35 dəqiqə əla keçdi. Amma hələ ki, ən yaxşı formamızdan uzağıq. Bu normaldır, amma qazandığınız kubokdan başlamaq daha yaxşıdır”, – ESPN Qvardiolanın sözlərindən sitat gətirib.

Aut.az