Karyerasında ilk dəfə belə vəziyyətlə üzləşdi – FOTO
“Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqanın 6-cı turunun “Tottenhem”lə matçında karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.
Aut.az xəbər verir ki, bu, 30 yaşlı futbolçu üçün 616 peşəkar matçda ilk birbaşa qırmızı vərəqə olub. O, əvvəllər də meydandan qovulub. Amma bu, 2 sarı vərəqədən sonra reallaşıb.
30 yaşlı portuqaliyalı 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, 7 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Fernandes həm də “Sportinq Lissabon”, “Sampdoriya” və “Udineze” klublarında çıxış edib.
Aut.az

