İngiltərəİspaniya

“Yunayted”in kapitanı Reşfordu belə təbrik etdi

Markus Reşford “Barselona” ilə İspaniya çempionluğunu qazandı. “El Klasiko”da Reşford möhtəşəm cərimə zərbəsi ilə komandasının qələbəsinə böyük töhfə verdi.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş Reşfordun uğuruna münasibət bildirib. Portuqaliyalı futbolçu ingilis futbolçunun La Liqa kuboku ilə çəkdirdiyi şəkli paylaşıb və yazıb:

“Təbrik edirəm, qardaşım. Sən buna layiqsən”.

Markus Reşford “Barselona”da icarə əsasında çıxış edir. Kataloniyalıların “Mançester Yunayted”dən ingilis futbolçunu transfer edəcəyi hələlik məlum deyil.

Aut.az