Van der Vaart Mbappe ilə bağlı petisiya haqda: Utanmalıdırlar
Məşhur niderlandlı futbolçu Rafael van der Vaart Kilian Mbappenin “Real”dan ayrılmasını tələb edən və 97 milyon imza toplayan petisiya ilə bağlı danışıb.
Aut.az xəbər verir ki, van der Vaart bu barədə “The Touchline”a danışıb:
“Bu insanlar utanmalıdırlar! O, sadəcə dünyanın ən yaxşı futbolçusudur. Əgər kimsə “Real Madrid”dən ayrılmalıdırsa, deməli, bu, başqa bir oyunçudur. Kimsə Kilian Mbappeyə necə şübhə edə bilər?!!”
Kilian Mbappe “Real Madrid”də 103 oyun keçirib, 86 qol vurub və 12 məhsuldar ötürmə edib.
Mbappenin “Real Madrid”lə müqaviləsi 2028/2029 mövsümünün sonuna qədərdir.
Aut.az
