Prezidentin Haaland planı: Strategiya hazırlayıb
“Barselona”nın prezidenti Joan Laporta “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etməyə ümid edir.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Laporta səlahiyyət müddəti başa çatmamış yüksək səviyyəli transfer həyata keçirmək niyyətindədir. “Barselona”nın ağır maliyyə vəziyyətinə baxmayaraq, Laporta uzun müddətdir ki, 2025 və ya 2026-cı illərdə Haaland ilə müqavilə imzalamaq üçün strategiya hazırlayır.
Qeyd olunur ki, Laporta norveçli forvardın hazırkı təmsilçisi ilə yaxşı münasibət qurub.
Bu mövsüm Haaland bütün yarışlarda on matçda iştirak edib və 11 qol vurub.
Aut.az
