Simeonenin oğlu atasına rəqib ola bilər: Bu kluba keçir
“Napoli”nin argentinalı hücumçusu Covanni Simeone “Real Sosyedad”a transfer oluna bilər.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubunda çox az oyun vaxtı alan 29 yaşlı hücumçu vəziyyəti dəyişmək niyyətindədir. Tərəflər arasında danışıqlar hələ başlamayıb, lakin həm futbolçu, həm də İspaniya klubu əməkdaşlıqda maraqlıdır.
Covanni Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.
Aut.az
