“Liverpul” “Barselona”nın ulduzunu istəyir: 80 milyon ödəməyə hazırdılar
“Barselona”nın müdafiəçisi Jül Kunde yenidən “Liverpul”un maraq diarəsinə düşüb.
Aut.az xəbər verir ki, Mundo Deportivo-nun məlumatına görə, bu dəfə “qırmızılar” üçün 80 milyon avro ödəməyə hazırdır.
Müdafiə xəttini yeniləmək ehtiyacı duyan “Liverul” İbrahima Konate və ehtimal olunan Vircil van Deyk boşluğunu doldurmaq üçün Fransa millisinin üzvünə 80 milyon avro ödəməyə hazırdır. Təbii mövqeyi mərkəz müdafiəçisi olsa da, Kunde “Barselona”da əsasən sağ cinah müdafiəçisi kimi möhkəmlənib.
O, baş məşqçi Hansi Flikin əsas oyunçularından biri hesab olunur. “Barsa” Kundeni 50 milyon avro və əlavə 10 milyon bonus qarşılığında transfer edib.
Transfermarkt futbolçunun bazar dəyərini təxminən 65 milyon avro göstərsə də, Kataloniya klubu yalnız 80 milyon avroya yaxın təklifləri nəzərdən keçirə bilər. Daha əvvəl onun müqaviləsində sərbəstqalma maddəsi 1 milyard avro səviyyəsində müəyyənləşdirilmişdi.
27 yaşlı müdafiəçi 2022-ci ildə “Sevilya”dan “Barselona”ya keçib və 2030-cu ilə qədər müqaviləsi var.
Aut.az
