İngiltərə

“Nyukasl” on un qiymətini açıqladı – “Arsenal” hədəf alıb

“Nyukasl Yunayted”in hücumçusu Entoni Qordon yayda klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Leandro Trossard və Qabriel Martinellinin bu mövsüm qeyri-sabit oyunlarını nəzərə alsaq, “Arsenal”ın bu yay transfer bazarına sol cinah oyunçusu axtarması gözlənilir.

Hər iki cinah oyunçusu mövsümə yaxşı başlasa da, son aylarda onların forması aşağı düşüb. Mənbə yazır ki, londonlular uzun müddətdir Qordonu izləyirlər.

“Sağsağanlar” oyunçusunu 80 milyon funt sterlinqə satmağı düşünür.

Qordon bu mövsüm Premyer Liqada 26 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az