Onun “Yunayted”ə getməsi “Siti”ni şoka salıb
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Mançester Siti”nin futbol əməliyyatları üzrə keçmiş direktoru Ömər Berradunun “qırmızı şeytanlar”ın baş icraçı direktoru vəzifəsinə keçməsi ilə bağlı xəbərlərə münasibət bildirib .
“Şəhərlilər”in bəziləri ilə danışdım və onlar indi onun bizim üçün işlədiyinə inana bilmirlər, şoka düşüblər.
Berradu hər yerdə uğur qazanıb. Bu, bizim üçün həqiqətən keyfiyyətli imzadır. Düşünürəm ki, bu, potensial olaraq yanvar ayında ən yaxşı imzalarımızdan biri ola bilər. Xüsusilə indiki, özümüzü tapmaq istədiymiz mühitdə”, – Ferdinandın sözlərini “Daily Mail” sitat gətirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Ömərin icraçı rəhbərliklə yanaşı, klubun direktorlar şurasına da daxil olacağı barədə məlumat yayılmışdı.
Aut.az
