İngiltərə

“Çat” qrupundan da çıxarıldı

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço komanda üzvlərinin “çat”ından kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin qeyd etdiyi kimi, mankunianların baş məşqçisi Erik ten Haq komanda daxilində vacib məlumat mübadiləsi üçün bu “çat” qrupundan istifadə edir.

Sentyabr ayında Sanço Ten Haqı yalan danışmaqda ittiham etdikdən sonra komandadan uzaqlaşdırılıb.

Aut.az