Anri onun tərifini verdi: Artıq dünya səviyyəli futbolçudur
“Arsenal”, “Barselona” və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri Fil Fodenin “Mançester Siti”dəki çıxışından danışıb.
“Onun builki performansı haqqında onu deyərdim ki, Haaland yaxşı oynamayanda və ya De Bruyne zədələnəndə, Foden bu komandanı çiynində daşımağa başlayır.
İndi biz onu dünya səviyyəli oyunçu adlandıra bilərik, çünki komandanı çiynində daşıyırsansa, bu o deməkdir ki, sən indi dünya səviyyəli oyunçusan”, – Henri bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Fil Foden Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər sırasındadır.
Aut.az
