Mourinyo bu oyuna baxmaqdan imtina etdi – Səbəb bəllidir
Portuqaliyalı mütəxəssis Joze Mourinyo aprelin 11-də Avropa Liqasının 1/4 finalında “Benfika”-“Marsel”lə oyununa stadiondan baxmağı planlaşdırsa da, fikrini dəyişib.
Aut.az xəbər verir ki, Mourinyonun, “Benfika”nın baş məşqçisi təyin olunacağı ilə bağlı şayiələri alovlandırmamaq üçün stadionu ziyarət etməkdən imtina etdiyi bildirilir.
Bildiyiniz kimi, 61 yaşlı Joze Mourinyo “Roma”dan qovulduqdan sonra bu ilin yanvarından klubsuz qalıb.
Aut.az
