Qvardiola ilə bağlı hərəkət keçdilər
“Mançester Siti” baş məşqçisi Pep Qvardiola il müqaviləni uzada bilər.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin məlumatına görə, “Siti” rəhbərliyi ispan mütəxəssisə 2027-ci ilə qədər yeni müqavilə təklif etmək niyyətindədir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Danışıqlar yaxın həftələrdə başlayacaq.
Qvardiola 7 ildir (2016-cı ildən) “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 5 dəfə İngiltərə çempionatının, iki dəfə İngiltərə Kubokunun və Superkubokunun, hərəyə bir dəfə Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Aut.az
