İngiltərə

Premyer Liqanın qalibi bu komanda olacaq – Morqandan iddia

Məşhur teleaparıcı Pris Morqan “Arsenal”ın bu mövsüm Premyer Liqanın qalibi olacağını bildirib.

Aut.az xəbər verir ki, Morqan İngiltərə mətbuatına deyib:

“Nyukasl”la oyunun 96-cı dəqiqəsində həm komandada, həm də ən əsası baş məşqçidə əhval-ruhiyyə dəyişdi. Əl əyləcini buraxdılar.

Mikel Arteta, bu əl əyləci zarafat deyil. Dünyada istənilən müdafiəni qorxuda bilən oyunçularınız var – onlara sərbəstlik verin və biz çempionluğu qazanacağıq.

“Liverpul” həddindən artıq qiymətləndirilib. Çox şanslı olublar. “Arsenal”ın kimlərlə oynadığına baxın. Mövsümə çətin başladılar, amma görün indi haradayıq. Biz Premyer Liqanı qazanacağıq. Martın ortalarına qədər liqanı qazansaq, təəccüblənmərəm”.

Hazırda Mikel Artetanın komandası 6 oyundan 13 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Aut.az