“Atletiko” – “Real” oyunundan sonra “Arsenal”ın paltardəyişmə otağında nə baş verib?
“Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ın “Atletiko”ya qalib gəlməsini şərh edib.
– Madrid derbisindəki penaltilər seriyasından sonra “Arsenal”ın paltardəyişmə otağında reaksiya necə oldu? Sonda sevinc var idi?
– Necə sevinə bilərsən? Alvaresin penaltisində “Atletiko”nun bəxti gətirmədiyi üçün qarışıq hisslər var idi. Heç kim heç nə demədi. Hisslər qarışıq idi. Kiminlə oynayacağımızın fərqi yox idi – “Atletiko” və ya “Real” – hər iki komanda əladır”,- “HaytersTV” Zinçenkodan sitat gətirib.
“Real” 1/4 finalda “Arsenal”la qarşılaşacaq.
Aut.az
