İngiltərə

Uşağın ağladığını gördü, yaxınlaşdı və… – VİDEO

“Vest Hem”inin yarımmüdafiəçisi Deklan Rays Premyer Liqanın 35-ci turunun “Mançester Yunayted”lə oyunundan (1:0) sonra xeyirxah hərəkəti ilə yadda qalıb.

Aut.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra yarımmüdafiəçi paltardəyişmə otağına gedərkən “çəkicdöyənlər”in azyaşlı azarkeşi diqqətini çəkib. Uşaq hansısa səbəbdən ağlayırmış

Rays məsələnin nə olduğunu öyrənmək üçün uşağa yaxınlaşıb, onunla söhbət edib, başını sığallayıb və formasını azyaşlıya hədiyyə edib.

24 yaşlı Rays “Vest Hem”in kapitanıdır. Bu mövsüm londonluların heyətində bütün yarışlarda 44 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Bir sıra ingilis komandalarının onunla maraqlanması ilə bağlı mətbuatda məlumatlar yayılıb.

Aut.az