“Tottenhem” tarixdə ilk dəfə bunu bacardı
Fevralın 16-da İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 25-ci turunda “Tottenhem” “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, ilk dövrədə də “Tottenhem” səfərdə 3:0 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, London klubu İngiltərə çempionatı tarixində ilk dəfə bir mövsümdə “qırmızı-qaralar”ı iki dəfə məğlub edib. Bu barədə “Squawka” məlumat yayıb.
24 oyundan sonra “Tottenhem” 30 xalla Premyer Liqanın turnir cədvəlində 12-ci yerdədir. “Mançester Yunayted” eyni sayda oyundan sonra 29 xalla 15-cidir.
Turnir cədvəlinə 60 xalla “Liverpul” başçılıq edir.
Aut.az
