İngiltərə

“O qayıtmaq istəyir” xəbərinə Kloppdan reaksiya

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yarımmüdafiəçi Cordan Hendersonun komandaya mümkün qayıdışına münasibət bildirib.

Aut.az xəbər verir ki, daha əvvəl “Daily Mail” nəşri yarımmüdafiəçinin Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılaraq İngiltərə çempionatına qayıtmaq istədiyini yazıb.

“Henderson mənə “Liverpul”a qayıtmaq barədə heç nə deməyib.

Əslində, biz onunla bu yaxınlarda danışdıq, amma onun qayıtması ilə bağlı yox, ona görə də əlavə edəcəyim başqa bir şey yoxdur”, – Kloppun sözlərini “Sky Sports” sitat gətirib.

Aut.az