İngiltərə

Poqba məğlubiyyətdən sonra rəqs edirmiş? – Runiyə cavab verdi

Pol Poqba Ueyn Runinin ittihamlarına cavab verib.

Aut.az xəbər verir ki, ingilis daha əvvəl fransalının “Mançester Yunayted”in məğlubiyyətlərindən sonra paltardəyişmə otağında rəqs etdiyini və əyləndiyini bildirmişdi.

“Mən hər şeyi izah etmək istəyirəm. Runi məğlubiyyətlərdən sonra paltardəyişmə otağında Linqard ilə rəqs etdiyimi söyləyib. Bunu təsdiqləmək üçün sizə şahid lazımdır. Kimsə Runinin sözlərinin düz olduğunu desə, qəbul edərəm.

Amma fakt budur ki, bu doğru deyil. Linqard heç vaxt bu barədə danışmayıb. Mən kluba hörmət etdiyim üçün bunu heç vaxt etməmişəm. Otur, Runi, komandanın əfsanəsisən, amma bunu təsdiqləyə bilmirsən. Sizcə, bu doğru ola bilərmi?”, – Poqba tənqidçilərə cavab verib.

Aut.az