Məhkəmə “Siti”nin maraqlandığı futbolçunu cəzalandırdı: 6 aylıq…
“Nottingem Forest” və İngiltərə millisinin yarımmüdafiəçisi Morqan Gibbs-Uayt altı ay müddətinə **sürücülük hüququndan məhrum edilib.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Futbolçu beş dəfə sürət həddini aşdığı üçün cəzalandırılıb. Qayda pozuntuları 2024-cü ilin dekabrı ilə 2025-ci ilin fevralı arasında qeydə alınıb. Maksimal sürətə icazə verilən 70 mil/saat əvəzinə 96 mil/saat təşkil edib.
Nottingem məhkəməsi Gibbs-Uayta 3966 funt sterlinq məbləğində cərimə təyin edib. O, təqsirini etiraf etdiyinə görə bu məbləğ 666 funt azaldılıb. Bundan əlavə, futbolçu 1598 funt kompensasiya və 110 funt məhkəmə xərcləri ödəyəcək.
Onun sürücülük vəsiqəsinə 19 cərimə balı əlavə olunub.
Bu mövsüm Gibbs-Uayt 36 oyunda iştirak edib, 6 qol vurub və 10 məhsuldar ötürməedib. Futbolçu “Mançester Siti”nin maraq dairəsindədir.
Aut.az
