İngiltərə

Məşhur futbolçu oğluna qarşı oynaya bilər

“Everton”un müdafiəçisi Eşli Yanq İngiltərə Kubokunun 3-cü raund matçında” Piterboro Yunayted”də çıxış edən oğlu Teylor Yanqa qarşı oynaya bilər.

Aut.az xəbər verir ki, komandalar 11 yanvar 2025-ci ildə bir-biri ilə qarşılaşacaq. 39 yaşlı Eşli 2023-cü ilin yayından “Everton”da çıxış edir. Eşli Yanq karyerasının əvvəlində “Uotford”, “Mançester Yunayted”, “İnter” və “Aston Villa”da da çıxış edib.

Futbolçu İngiltərənin əsas komandasında 39 oyun keçirib və 7 qol vurub. Yanq İngiltərə və İtaliya çempionu olmaqla yanaşı, Avropa Liqasının qalibi və İngiltərə Kuboku və Liqa Kubokunun qalibidir.

Tryler Yanqın 18 yaşı var. Bu ilin avqustunda yarımmüdafiəçi Londonun “Kvins Park Reyncers” klubundan “Piterboro Yunayted”ə keçib. Futbolçu hazırkı klubunun əsas komandasında bir oyun keçirib.

Aut.az