İngiltərə

“Liverpul”un 10 illik həsrəti bitdi

İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti”yə qalib gələn “Liverpul” (2:0) son 10 ildə ilk dəfə “Etihad” stadionunda üç xal qazanıb.

Aut.az xəbər verir ki, mersisaydlılar sonuncu dəfə 2015-ci ilin noyabrında səfərdə “şəhərlilər”ə 4:1 hesabı ilə qalib gəliblər.  Bu, “Lester”in çempion olduğu həmin sensasiyalı mövsümdə baş verib.

Bundan sonra “qırmızılar” Etihadda daha bir qələbə qazana bilib. Amma bu Premyer Liqada yox, 2018-ci ilin aprelində Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda (2:1) reallaşıb.

2015-ci ildən bəri “Liverpul”un “Mançester Siti”yə qalib gəldiyi bütün digər matçlar ya “Enfild”də, ya da neytral meydanda olub.

Aut.az