Salahdan tarixi qol: Runiyə çatdı – Qaldı…
Fevralın 16-da İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” “Vulverhempton”u qəbul edib və qalib gəlib – 2:1.
Aut.az xəbər verir ki, 37-ci dəqiqədə Məhəmməd Salah penaltidən qola imza atıb. Bu qol Salah üçün tarixi olub. Bu, futbolçunun “Enfild”dəki 101-ci qolu idi.
O, bir Premyer Liqa stadionunda ən çox qol vuran Ueyn Runinin rekordunu təkrarlayıb.
Tyerri Anri “Hayberi”də vurduğu116 qolla siyahıya başçılıq edir, Serxio Aquero isə “Etihad”da 106 qolla ikincidir. Runi və Salah üçüncü yeri bölüşürlər.
Aut.az
