MY 100 milyonluq ispanı izləyir
“Mançester Yunayted” “Porto”nun və İspaniya millisinin hücumçusu Samuel Omorodionla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar”ın skautları Portuqaliya çempionatının 16-cı turunun “Porto” – “Boavişta” matçında (4:0) olub və bu görüşdə dubl edən 20 yaşlı Omorodionun oyununu izləyib.
İspaniyalı forvard keçən yay “Atletiko”dan ayrılaraq “Porto”ya keçib. O, yeni klubu ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalayıb. Forvardın “əjdahalar”la anlaşmasında 100 milyon avro məbləğində sərbəstqalma maddəsi var.
Bu mövsüm Samuel bütün turnirlərdə 21 oyuna çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.
Aut.az
