Əfsanə oynayan-məşqçi oldu: Doğma klubunu xilas edə biləcək?
Aaron Remzi “Kardiff”in oynayan məşqçisi təyin edilib.
Aut.az xəbər verir ki, Uels klubu baş məşqçi Ömər Rzanın istefa verdiyini açıqlayıb.
Remzi mövsümün qalan üç oyununda komandaya futbolçu-məşqçi kimi rəhbərlik edəcək.
“Kardiff” Çempionşipdə turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. Komanda düşmə zonasındadır, lakin hələ də yerini qorumaq şansı var. Komanda ardıcıl 5 oyundur qalib gəlmir (3 heç-heçə və 2 məğlubiyyət).
Remzi “Kardiff”in yetirməsidir. Daha əvvəl “Arsenal” və “Yuventus” da çıxış edən yarımmüdafiəçi 2023-cü ildə kluba qayıdıb.
Aut.az
