“Liverpul”un əfsanəsi Salahdan üzr istədi
“Liverpul”un sabiq futbolçusu, hazırda futbol eksperti kimi çalışan Ceymi Karraqer Məhəmməd Salahdan üzr istəyib.
Aut.az xəbər verir ki, Salah baş məşqçi Arne Slot tərəfindən özünə qarşı hörmətsizlik edildiyini bildirəndən sonra Karrager misirlinin çıxışını sərt tənqid etmişdi.
“Liverpool Echo” Karragerdən sitat gətirib: “Mo, səni incitdiyim üçün üzr istəyirəm. Mən səni bir “Liverpul” oyunçusu kimi sevirəm, amma sən meydandan kənarda özünü korrekt aparmalısan”.
Salah 2017-ci ilin yayından “qırmızı-qaralar”da çıxış edir. “Qırmızılar”ın heyətində cinah oyunçusu Premyer Liqa, Çempionlar Liqası, ölkə kubokları, FIFA Klublararası Dünya Çempionatı və digər kubokların qalibi olub.
Aut.az
