Atletika

Useyn Boltun rekordunu qırdı

Cənubi afrikalı sprinter Akani Simbine 100 metr məsafəni 10 saniyədən az müddətdə qaçdığı mövsüm sayına görə rekorda imza atıb.

Aut.az xəbər verir ki, bu barədə “Pulse Sports” məlumat yayıb.

Botsvanada keçirilən Qızıl Qran Pridə 31 yaşlı idmançı 100 metr məsafəni 9,90 saniyəyə qət edib. Bununla da o, ardıcıl 10 mövsüm ərzində 100 metr məsafəni 10 saniyədən az vaxta başa vuran 11 qat Olimpiya çempionu Useyn Boltun nailiyyətini üstələyib.

Xatırladaq ki, Bolt 100 m məsafəni qət etmək üzrə dünya rekorduna sahibdir – 9,58 saniyə. Yamaykalı onu 2009-cu ilin avqustunda müəyyənləşdirib.

Aut.az