İspaniyaİngiltərə

İspaniya nəhəngi “Çelsi”nin kapitanına görə hərəkətə keçdi

“Atletiko” və “Çelsi” yarımmüdafiəçi Konor Qallagerin transferi üçün danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, tərəflər bonuslar da nəzərə alınmaqla 35-40 milyon avro məbləğində transferi müzakirə edirlər.

Qallager “Çelsi”nin yetirməsidir. Konor 2018-ci ildən əsas komandada çıxış edir. 24 yaşlı futbolçu ötən mövsüm klub səviyyəsində 50 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az