Hazır olmayıb, ipin düyününü Buskets açıb – Foto
“Valensiya” ilə qarşılaşmada ehtiyatda qalan “Barselona”nın müdafiəçisi Jerar Pike sonradan meydana girmək üçün hazır olmayıb.
Aut.az xəbər verir ki, ikinci hissədə Jul Kunde zədələnib. Xavi təcili olaraq Pikeni meydana buraxmaq istəyib. Amma məlum olub ki, Pikenin meydana daxil olması həmişəkindən daha çox vaxt aparacaq.

Müdafiəçi ehtiyat oyunçular skamyasında corabsız və qoruyucu şitlərsiz oturub. Butsları geyinmək vaxtı gələndə məlum oldu ki, iplərdə düyün var. Serji Buskets düyünləri açmaqda Pikeyə kömək edib.
“Barsa”nın baş məşqçisi Xavi məsələ haqda danışıb:
“Pike butslarını geyinməmişdi. Çünki meydana çıxacağını gözləmirdi. Heç isinmə hərəkəti etməyə də vaxtı olmadı”.
Aut.az
