Dünya futbolu

“Əl-Nəsr” rəhbərliyi Ronaldo ilə bağlı qəti qərar verdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqaviləni uzatmaq istəyir.

Aut.az xəbər verir ki, AS-ın məlumatına görə, “Əl-Nəsr”in  idman direktoru Fernando Yerro Kriştiano Ronaldoya müqavilənin müddətini uzatmaq üçün təklif hazırlayır.

Tezliklə danışıqlara başlanılacağı qeyd edilir. Əfsanə Səudiyyə Ərəbistanında özünü xoşbəxt hiss edir və karyerasını bitirmək fikrində deyil.

Bu mövsüm Ronaldo 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Kriştianonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Aut.az