İspaniyaDünya futbolu

Cəbəllütariq Rodrinin təxribatı ilə bağlı UEFA-ya şikayət etdi

Cəbəllütariq Futbol Assosiasiyası ispaniyalı yarımmüdafiəçi Rodrinin təxribatı ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəsmi şikayət göndərəcəyini bildirib.

Aut.az xəbər verir ki, milli komandanın Avropa çempionatındakı qələbəsini qeyd edərkən Rodri azarkeşlərlə birlikdə mahnı oxuyub: “Cəbəllütariq İspaniyadır”.

“Cəbəllütariq Futbol Assosiasiyası İspaniyanın Avro-2024-dəki qələbəsinin qeyd edilməsi zamanı son dərəcə təxribatçı çağırışların olduğunu qeyd edir.

Assosiasiya Avropa çempionatını qazandıqdan sonra ispaniyalı oyunçuların Cəbəllütariqlə bağlı qəbuledilməz mahnıları şüarları ilə bağlı UEFA-ya şikayət etmək qərarına gəlib. Futbolda belə davranışa yer yoxdur”, – deyə assosiasiyanın açıqlamasında bildirilir.

İngiltərə və İspaniya Utrext müqaviləsinə əsasən 1713-cü ildən bəri Britaniyanın xaricdəki ərazisi olaraq qalan Cəbəllütariqin mülkiyyəti üzərində mübahisə edir.

Avro-2024-ün ən yaxşı oyunçusu seçilən Rodri İngiltərənin “Mançester Siti” klubunda çıxış edir.

Aut.az