İspaniya

“Real” Fransa mətbuatından narazıdır: Təzyiq güclüdür

“Real” Fransa mətbuatının təzyiqlərinə görə narahatdır.

Aut.az Sport.es-ə istinadən xəbər verir ki, “kral klubu”  “Real”a keçəcəyi ilə bağlı söz-söhbət fonunda Fransa mətbuatının Mbappeyə böyük təzyiq etdiyini düşünür.

Mənbənin sözlərinə görə, Madrid klubu artıq Mbappe ilə əlaqə saxlayıb, dəstəyini ifadə edib və bunun gözlənilən olduğunu bildirib.

Fransa mətbuatının futbolçunun Liqa 1-in 27-ci turunun “Marsel”lə matçının (0:2) 65-ci dəqiqəsində əvəzlənməsindən narazı qalmasından sonra ona qarşı tənqidləri daha da gücləndirdiyi vurğulanır.

Xatırladaq ki, Mbappenin “Real Madrid”ə bu yay keçəcəyi barədə daha əvvəl məlumat yayılmışdı.

Aut.az