İspaniya

Ramosun qeyri-adi arzusu: “Santyaqo Bernabeu”da…

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Madrid klubunun ev stadionu “Santyaqo Bernabeu”da konsert vermək arzusunda olduğunu bildirib:

“Ümid edirəm ki, sabah mənim “Santyaqo Bernabeu”da konsert barədə elan etmək imkanım olacaq, amma hər şeyi tədricən etməliyik. “Cibeles” mahnısını dörd il əvvəl “Real”dan ayrılarkən yazmışam. Musiqi mənim həyat tərzimdir, karyeram boyunca mənimlə olub”.

Avqustun sonunda 39 yaşlı ispaniyalı ilk mahnısını təqdim edib. Mahnının adı “Cibeles”dir. Bu, Madriddəki eyni adlı fontandır, “Real” azarkeşləri klubun qələbələrini məhz bu fontda qeyd edirlər.

Qeyd edək ki, Ramos “Real”da 2002–2021-ci illərdə çıxış edib.