“Real”a lazım deyil
“Real” “Çelsi”dən icarəyə götürdüyü Kepa Arrizabalaqayla bağlı qərar verib.
Aut.az xəbər verir ki, Madrid klubu ispaniyalı qolkiperi tam olaraq transfer etmək niyyətində deyil. Mövsümün sonunda o, London klubuna geri qayıdacaq. Bu barədə “TodoFichajes” məlumat yayıb.
Kepa Arrizabalaqa “qalaktikos”un heyətində ümumilikdə 9 oyun keçirib və qapısında 7 top görüb.
Qeyd edək ki, “Real” yay transfer pəncərəsində Tibo Kurtuanın ciddi zədə almasından sonra Arrizabalaqanı icarəyə götürüb.
