İspaniya

Qalib gəlirdik, amma Messi qol vurmurdusa, xoşbəxt olmurdu – Sabiq “Barsa”lı

“Barselona”nın keçmiş futbolçusu Samuel Umtiti Lionel Messinin mentaliteti barədə danışıb.

Aut.az xəbər verir ki, Umtiti bu barədə  “The Elevate House”a danışıb.

“Messi oyunun taleyini həll etmək qabiliyyətinə malikdir və bunu az adam edə bilər. Əgər biz 4-0 hesabı ilə qalib gəlirdiksə və o, qol vura bilmirdisə, deməli,  xoşbəxt deyildi.

Onun ağlında hər dəfə qol vurmalı olduğu var idi. Bu, böyüklərin əlamətidir. O, qapı qarşısında qatildir. Oyunu nə vaxt sürətləndirməli və nə vaxt yavaşlatmalı olduğunu dəqiq bilir. O, daim ətrafa baxır, oyunçuların mövqelərini qiymətləndirir. Leoya qarşı müdafiə olunmaq üçün heç bir düstur yoxdur, o gözlənilməzdir”, – Umtiti deyib.

Lionel Messi hazırda “İnter Mayami”də oynayır. Argentinalı futbolçu karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb.

Aut.az