“Arsenal”ın müdafiəsini yarmağın yolunu göstərdi: Birini öldürmək lazımdır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 30-cu turunda “Arsenal”la heç-heçə etdikləri oyundan (0:0) sonra “topçular”ın sıx müdafiəsinin öhdəsindən necə gəlmək barədə fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Pep Artetanın oyun fəlsəfəsinə ironiya edib.
“Arsenal”ın sıx müdafiəsini necə keçmək olar? Birini öldürmək lazımdır. Yəni doqquz oyunçu ilə müdafiə olunmalıdırlar gülür) .
Müdafiədə çox səmərəli işləyirlər. Haaland tam əhatə olunmuşdu. Belədə səbirli qalmaq və fürsəti gözləmək lazımdır. Çoxlu sayda oyunçu ilə yaxşı müdafiə olunurlar. Amma müdafiəyə nə qədər adam cəlb olunsa da, əsas odur ki, qol buraxmayasan. Belə müdafiəyə qarşı oynamaq isə çox çətindir”, – deyə “The Telegraph” Qvardioladan sitat gətirib.
Aut.az
