İngiltərə millisində 3 itki
Yarımmüdafiəçilər Koul Palmer (“Çelsi”) və Fil Foden (“Mançester Siti”), həmçinin hücumçu Olli Uotkins (“Aston Villa”) qarşıdakı Millətlər Liqası matçlarında İngiltərə millisinə kömək etməyəcək.
Aut.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Palmer və Uotkins zədələndiklərinə görə millini tərk ediblər. Foden xəstəliyi səbəbindən düşərgəyə qatılmayıb.
İngiltərə sentyabrda Millətlər Liqasında iki oyun keçirəcək. Sentyabrın 7-də ingilislər İrlandiya ilə səfərdə, 10-da isə Finlandiyanı evdə üz-üzə gələcəklər.
Aut.az
