“Real” Bellinqemə tapşırıq verdi: Onu yola gətir
Media iddia edir ki, “Real” super ulduz ovuna çıxıb – Kilian Mbappe, Erlinq Haaland və ya hər ikisi.
Daha əvvəl məlumat yayılmışdı ki, “Real”ın norveçli futbolçunu “Mançester Siti”dən cari qiymətlərlə adekvat olan pula almaq imkanı var: Haalandın müqaviləsində sərbəst buraxılma maddəsi var və Premyer Liqadan kənar klublar üçün qiymət xeyli aşağıdır – 100 milyon avroya yaxın.
“Cadena SER” xəbər verir ki, “Real”ın ulduzu Cud Bellinqem Haalandı bu addımı atmağa razı salmaq dilə tutur.
Xatırladaq ki, onların hər ikisi “Borussiya” Dortmundda birlikdə oynayıblar.
Haalandın Marbellada evi olduğu və yayda mütəmadi olaraq oraya baş çəkdiyi məlumdur.
Aut.az
