Türkün agenti bu gün “Barsa” rəhbərliyi ilə görüşdü
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan bu yay sərbəst şəkildə “Barselona”ya keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero sosial şəbəkələrdə məlumat verib. İnsayderin məlumatına görə, bu gün futbolçunun agenti “Barselona”nın idman rəhbərliyi ilə görüşüb. Bu məlumatlara əsasən, Gündoğanın gələn yay Kataloniya klubuna keçidi olduqca mümkün görünür.

Türk əsilli yarımmüdafiəçinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Klub yeni müqavilə bağlamaq istəyir, lakin futbolçu özü komandadan ayrılmağı düşünür.
Gündoğan 2016-cı ildən “Siti”də çıxış edir. Bu mövsüm bütün turnirlərdə 31 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
